Toya hazırlaşan Almazın Kür çayından meyiti

Toya hazırlaşan Almazın Kür çayından meyiti

22 İyul 2016 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Sabirabad rayonu, Muradbəyli kəndi ərazisindən axan hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1981-ci il təvəllüdlü İsgəndərova Almaz Alməmməd qızının cəsədi batdığı yerdən tapılaraq çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat bu gün saat 08:35-də başa çatıb.

Xatırladaq ki, Almaz həmin gün bacısının qızının toyuna hazırlaşırmış... Elektrik cərəyanı onu vurub çaya atıb.

Aqil M.