Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı!

Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı!

22 İyul 2016 10:31
571
Bəyəndim (0) Bəyənmədim (0)
"Ayıbdır, kişi bir qadınla mübarizə aparır, məni ləkələmək istəyir"

Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı; "Ayıbdır, kişi bir qadınla mübarizə aparır, məni ləkələmək istəyir"

Bu barədə "Qafqazinfo"ya Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova məlumat verib. O bildirib ki, Şəfiqə Nağıyevanın fəaliyyəti ilə bağlı ötən gün Kollegiyada iclas keçirilib: "Qərara alındı ki, onun fəaliyyəti 6 ay müddətinə dayandırılsın. Haqqında olan iş materiallarının araşdırılması üçün Baş Prokurorluğa müraciət edildi. Buna səbəb isə müdafiə etdiyi şəxsdən külli miqdarda pul almasıdır.

Bundan əlavə, Şəfiqə Nağıyeva Rəyasət Heyətinə hörmətsizlik edir, iclaslarda iştirak etmir və digər qaydaları pozur. Ona görə də onun vəkillik fəaliyyəti dayandırılıb".

"Vəkillər Kollegiyasının sədri Azər Tağıyevi məhkəməyə verəcəyəm". Bunu aznews.az-a vəkil Şəfiqə Nağıyeva Vəkillər Kollegiyasının onunla bağlı çıxardığı qərara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Vəkilər Kollegiyasının sədri Azər Tağıyev 1990-cı ildən bəri onu kollegiyadan çıxarmaq istəyir: "Amma çıxara bilmir. Əvvəllər bir dəfə də mənim fəaliyyətimi dayandırıb. Bu adam məni həzm edə bilmir. Ona görə ki, mən vətəndaşlara kömək edirəm.

Azər Tağıyev

Dəfələrlə ora-bura yazıb ki, Şəfiqəni efirə qoymayın. Ayıbdır, kişi bir qadınla mübarizə aparır. Məni ləkələmək istəyir. Bir günahım varsa, qanunla tənzimlənsin, daha fəaliyyətim niyə dayandırılır? Kollegiyada vəkil deyilən kəs qalmayıb. Aslan İsmayılov, Namizəd Səfərov, bir sözlə, Azərbaycanın bütün tanınmış vəkillərini kollegiyadan uzaqlaşdırıb. Bu adamın gözü heç kimi götürmür. Biz haqsızlıqlara dözə bilmirik. İstəyirlər ki, hamı Azər Tağıyevin qarşısında baş əysin. Əslində isə Vəkillər Kollegiyasında cinayətkarlar, məsuliyyətə cəlb olunmuşlar da işləyir. İndi ad çəkmirəm, amma lazım olsa onların adını açıqlayacağam".

Şəfiqə Nağıyeva

Ş.Nağıyeva qeyd edib ki, bu yaxınlarda vəkillərdən biri həbsxanaya telefon keçirərkən yaxalanıb, amma A.Tağıyev həmin adamı müdafiə edib: "Niyə müdafiə edib? Özü də həmin vəkil İntizam Komissiyasının sədridir".

Ş.Nağıyeva müdafiə etdiyi şəxsdən külli miqdarda pul alması və Rəyasət Heyətinə hörmətsizlik etməsi ilə bağlı ittihamlara da cavab verib: "Mən işə çıxmıram, xəstəyəm. İşdə olmaya-olmaya məni müzakirəyə çıxarıb haqqımda qərar verirlər. Və mən bunu mətbuatdan eşidirəm. Qanun deyir ki, mən xəstəxanada ola-ola heç kim məni işdən ata bilməz. Mən insanlara yaxşılıqdan savayı heç nə etmirəm. Əvəzində isə şantaj eşidirəm. Bunu yalandan, məni nüfuzdan salmaq üçün edirlər". (musavat)

Mediainfo.az