Bakıda ölümlə nəticələnən qəza

Bakıda ölümlə nəticələnən qəza

21 İyul 2016 15:48
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün günorta saatlarında Bakıda - Qala yolunda mikroavtobus "Jiquli" markalı avtomobillə toqquşub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə yerinə təcili-tibbi yardım briqadası çağırılıb.

Qəza nəticəsində xəsarət alan 6 nəfər briqada tərəfindən Bakı Şəhər 3 saylı Klinik Xəstəxanaya gətirilib. Onlardan biri elə xəstəxanaya gətirilən kimi, biri isə əməliyyata başlayan zaman dünyasını dəyişib. Qalan 4 şəxs isə hazırda xəstəxanada müalicə olunurlar, vəziyyətləri orta ağırdır.

Mediainfo.az