Nitsa terroru ilə bağlı məhkəmə başlayır

Nitsa terroru ilə bağlı məhkəmə başlayır

21 İyul 2016 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Nitsa şəhərində terror törədən şəxslə əlbir olanların məhkəməsi keçiriləcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb. Məlumata görə, terrorçularla əlbir olmaqda şübhəli bilinən 4 kişi və 1 qadın məhkəmə qarşısına çıxarılacaq.

Aparılan araşdırmalar zamanı məlum olub ki, yaşları 22- 40 arası olan kişilər və 42 yaşlı qadın terrorçu Məhəmməd Bulellə əlaqədə olublar.

Xatırladaq ki, iyulun 14-də Tunis əsilli Məhəmməd Buhlel Fransanın Nitsa şəhərində atəşfəşanlığı izləyən vətəndaşları yük maşını ilə əzib. Aralarında uşaq olmaqla, 84 nəfər dünyasını dəyişib.

Mediainfo.az