Türkiyə səfiri XİN-ə çağırıldı - İzahat tələbi

Türkiyə səfiri XİN-ə çağırıldı - İzahat tələbi

21 İyul 2016 11:55
290
Bəyəndim (0) Bəyənmədim (0)

Avstriya hökuməti Vyanada prezident Rəcəb Tayyib Ərdoğana dəstək məqsədilə keçirilən nümayişlərlə əlaqədar Türkiyənin bu ölkədəki səfirindən izahat tələb edib.

Bunu Avstriyanın xarici işlər naziri Sebastyan Kurts yerli radiostansiyaya müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, türk səfir Vyanada dövlət çevrilişinə cəhddən sonra Ərdoğana dəstək məqsədilə keçirilən böyük aksiyanın təşkilində diplomatik missiyanın rolunun olub-olmadığını izah etməli olacaq.

"Bizdə Vyanada Ərdoğana dəstək məqsədilə keçirilən nümayişlərin birbaşa Türkiyədən təşkil olunmasına dair sübutlar var. Bu, tamamilə yolverilməzdir və biz etirazımızı bildirmək istəyirik", - deyə Kurts vurğulayıb. (azvision)

Mediainfo.az