“BBC” müsəlmanlardan üzr istədi

“BBC” müsəlmanlardan üzr istədi

26 Avqust 2011 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

"BBC" teleradio korporasiyası müsəlmanlardan üzr istəyib. Buna səbəb "BBC"-nin internet saytında Ramazan ayı münasibəti ilə müsəlmanlara bayramda bişirməyi təklif etdiyi donuz əti tərkibli yemək olub. Qeyd edək ki, saytın Ramazan ayına aid bölməsində donuz əti ilə hazırlanan "pork vindaloo" adlı yeməyin resepti yerləşdirilib, bu isə müsəlmanların sərt reaksiyası ilə qarşılanıb.

Türkiyənin rəsmi "Anadolu" agentliyi vasitəsilə müsəlmanlardan üzr istəyən "BBC" rəsmiləri bunun texniki səhv olduğunu bildirib: "BBC"-nin internet saytında Ramazan bayramı ilə əlaqəli hissəsində "pork vindaloo" adlı yeməyin resepti səhvən qoyulub. Bu, texniki bir səhv nəticəsində meydana gəlib. Bu səhvi gecə yarısı öyrənən kimi düzəltdik. Səbəb olduğumuz narahatlığa görə üzr istəyirik".

Elə hərəkət etmək lazımdır ki, üzr istəməyə ehtiyac olmasın.

Tofiq Əliyev

O.M.