İrəvanda polis etiraz aksiyasını dağıdıb- YENİLƏNİB

İrəvanda polis etiraz aksiyasını dağıdıb- YENİLƏNİB

21 İyul 2016 10:23
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan hüquq-mühafizə orqanları İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında keçirilən etiraz aksiyasını dağıdıb. 30-dək etirazçı saxlanılıb.

Qeyd edək ki, bu gecə İrəvanda polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində 28-i polis əməkdaşı olmaqla 51 nəfər xəsarət alıb.

***

04:46

İrəvanda silahlıların ələ keçirdiyi polis şöbəsi yaxınlığında polislə etirazçılar arasında baş verən toqquşmalar nəticəsində xəsarət alanların sayı 51-ə çatıb.

Bu barədə Ermənistan Səhiyyə nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib.

"İndiyədək müxtəlif tibb mərkəzlərinə 51 yaralı çatdırılıb, onlardan 28-i polis əməkdaşlarıdır. Xəsarət alanlara lazımı yardım göstərilir. Onların həyatlarına təhlükə yoxdu", deyə A.Aytayan vurğulayıb.

Mediainfo.az