Ata öz qızlarını 40 il zorlayıb

Ata öz qızlarını 40 il zorlayıb

26 Avqust 2011 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Avstriya polisi 80 yaşlı kişini özünün iki qızını 40 il ərzində qapalı yerdə saxlamaq və zorlamaq ittihamı ilə həbs edib. Avstriyanın kəndlərindən birində yaşayan kişinin özü bütün ittihamları rədd edir. Lakin istintaqın qənaətinə görə, adı açıqlanmayan şübhəli qızlarını ilk dəfə zorlayarkən birinin 12, digərinin isə 4 yaşı olub. İndi onların 53 və 45 yaşları var. Qadınların əqli cəhətdən zəif olduğu bildirilir.

Xatırladaq ki, bu, Avstriyada ilk belə ağlasığmaz cinayət deyil. 2009-cu ildə Yozef Fritçl adlı avstriyalı ömürlük azadlıqdan məhrum edilib. O, 24 il öz qızını zorlayıb və ondan yeddi övladı olub.

Ata olmaq çətin deyildir. Amma atalıq etmək çətindir.

Tofiq Əliyev

O.M.