Tovuzda bədbəxt hadisə

Tovuzda bədbəxt hadisə

20 İyul 2016 14:47
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz rayon sakini mərasimlərdə istifadə olunan soyuducunun altında qalıb. Məlumata görə, rayonun Böyük Qışlaq kənd sakini Habil Qafarovun üzərinə ehtiyatsızlıqdan soyuducu aşıb. Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Ağır bədən xəsarətləri alan H.Qafarovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

Mediainfo.az