İraqda partlayışlar nəticəsində 12 nəfər ölüb

İraqda partlayışlar nəticəsində 12 nəfər ölüb

26 Avqust 2011 10:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün İraqda törədilən partlayışlar nəticəsində 12 nəfər ölüb. Ölkədəki terror qruplaşmalarından heç bir hücumlara görə məsuliyyəti öz üzərinə götürməyib. Rəsmi məlumata görə, Bağdaddan 80 kilometr şimalda yerləşən Əl Karma şəhərindəki polis məntəqəsinin qarşısında partlayıcı qurğu işə düşüb. Yerli hüquq-mühafizə orqanları 5 polis əməkdaşının öldüyü barədə məlumat yayıb.

Bir qədər sonra İraq paytaxtından 65 kilometr qərbdə yerləşən Əl Fəlluca şəhəri yaxınlığındakı nəzarət buraxılış məntəqəsinin qarşısında avtomobil partladılıb. Aksiya nəticəsində 3 polis əməkdaşı və 1 dinc sakin ölüb.

Təhlükəsizlik qüvvələri nümayəndələrinin məlumatına görə, daha bir terror aktı İraqın cənub-qərbindəki Bəsrə liman şəhərində törədilib. Terrorçu partlayıcı quraşdırılmış maşınla məscidə hücum edib. Hadisə nəticəsində 3 nəfər ölüb, 23 adam ağır xəsarətlər alıb.

Terrorçular öldürülsə də, terroru öldürmək olmur.

Tofiq Əliyev

O.M.