İsveçdə yayımı dayandırılan Azərbaycan telekanalının rəhbəri Prezidentə məktub yazdı

İsveçdə yayımı dayandırılan Azərbaycan telekanalının rəhbəri Prezidentə məktub yazdı

20 İyul 2016 12:48
Bəyəndim (0) Bəyənmədim (0)

Hörmətli cənab Prezident!

Sizi İsveçin Malmö şəhərindən Euro Az telekanalının rəhbəri kimi sayğı və hörmətlə salamlayıram. Bu məktubla diqqətinizə çatdırmaq istəyirəm ki, hazırda Euro Az telekanalı Azərbaycanın Milli mənafeyi uğrunda öz verilişlərini internet üzərindən davam etdirir. Lakin "Azər Space" şirkəti 20 sentyabr 2015-ci ildə bizə xəbərdarlıq etmədən, ayda 15000 dollar ödədiyimiz halda, Euro Az kanalının yayımını dayandırıb.

Cənab Prezident! Dünya azərbaycanlılarının 4-cü qurultayında Azərbaycan Prezidenti kimi Sizin qurultay iştirakçılarına müraciət edərək, saytılar yaradın, radio və televeziya kanalları açın tövsiyənizdən ruhlanaraq mən də, Moskvada yaşayan hörmətli soydaşımız Mirəşrəf Fətiyevlə birlikdə 2013-ci ildə İsveçin Malmö şəhərində Euro Az kanalını yaratdıq, daha sonra Bakıdan sayın Məmməd Rəhimovla bu işə profesional olaraq davam etdik. Gözəl proqramlar hazirladıq. Tam o sırada "Azər Space"dən yayımlanarkən bu kanalın yayımı 20 sentyabr 2015 tarixində birdən-birə, bizim də bilmədiyimiz səbəblərdən dayandırıldı. İsveç kimi bir ölkədə qeydiyatdan keçmiş, Azərbaycanın təbliğinə xidmət edən bir kanalın yayımı Azərbaycanımıza məxsus bir peykdən əngəllənirsə, bu hadisə biz diaspor nümayəndələrini həddən artiq narahat edir.

Cənab Prezident! Azerbaycanın milli dəyərlərinə sədaqətlə xidmət edən və Azərbaycan həqiqətlərini dünyaya çatdıran Euro Az kanlalının yayımının yenidən bərpa olunması üçün "Azər Space" rəhbərliyinə tapşırıq verməyinizi xahiş edirəm.

Hörmət və ehtiramla,

Dr. Cavad Derakhti

"Dünya Azərbaycanlıları Milli Birliyi"nin sədri

və Euro Az kanalının təsisçisi

İsveç, Norra Grängesbergsgatan 20,

S-214 50 Malmö

Mediainfo.az