Meksikada kazinoya hücum nəticəsində 28 nəfər ölüb

Meksikada kazinoya hücum nəticəsində 28 nəfər ölüb

26 Avqust 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Meksikanın şimalında Monterre şəhərində 20-yə yaxın silahlı şəxs Kazino Royal-a hücum edib. Kazino molotov kokteylləri atılaraq yandırılıb. Ehtimal edilir ki, hadisə narkotik kartelləri arasında gedən qarşıdurma nəticəsində baş verib. Şahidlərinin sözlərinə görə hücumu təşkil edənlər 20-yə qədər silahlı şəxs olub. Rəsmilər ölü sayının artacağını istisna etmirlər. Dünyasını dəyişənlərdən çoxunun tüstüdən boğularaq öldükləri bildirilir. Qeyd edək ki, bu ölkə prezidenti Felip Kalderonun 2006-cı ildə Meksikada narkotik kartellərinə qarşı başlatdığı geniş mübarizə kompaniyasından sonra ən çox ölümlə nəticələnən hadisədir.

Oyun oynayarkən başlarına oyun gəldi.

Tofiq Əliyev

O.M.