Tanınmış qarmon ifaçısı qəzada öldü - VİDEO

Tanınmış qarmon ifaçısı qəzada öldü - VİDEO

19 İyul 2016 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

Sumqayıt-Səngəçal yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsində ağır qəza baş verib.

Məlumata görə, "Pikap" markalı maşının sürücüsü idarəetməni itirib və marketə çırpılıb.

Qəza nəticəsində marketdə olan 1973-cü il təvəllüdlü Nazim Camal oğlu Dadaşov ağır sınıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan Nazim Dadaşov bu gün dünyasını dəyişib.

Həkimlərin cəhdinə baxmayaraq, iki gün koma vəziyyətində olan xəstəni xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Nazim Dadaşov tanınmış qarmon ifaçısıdır. O, həm də xanəndə Camal Dadaşovun oğludur.

Mediainfo.az