Bu gün coğrafiya müəllimliyi üzrə imtahan keçirilir

Bu gün coğrafiya müəllimliyi üzrə imtahan keçirilir

26 Avqust 2011 08:30
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı növbəti imtahan keçirilir. Bir gün davam edəcək imtahan coğrafiya müəllimliyi ixtisası üzrədir. İmtahanlar Təhsil Nazirliyinin tabeliyində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir. Bu gün səhər saat 9.00-da başlayan imtahan axşam saat 18.00-dək davam edəcək. Hər bir namizəd kompüter vasitəsilə bir saat ərzində 35 sualı cavablandıracaq və imtahan başa çatan kimi topladığı balı öyrənəcək. Qeyd edək ki, hazırda ölkədə coğrafiya müəllimliyi ixtisası üzrə 261 vakant yer var. Vakant yerlərdən 17-si Bakı şəhəri, 244-ü isə digər şəhər və rayonlar üzrədir. Bu ixtisas üzrə vakant yerlərə 408 nəfər ərizə verib.

Həmişə müəllimlər imtahana çəkir, bu dəfə isə müəllimləri imtahana çəkirlər.

Tofiq Əliyev

O.M.