Silahlı hücum nəticəsində 2 polis həlak olub, 5 nəfər yaralanıb - YENİLƏNİB - TRABZONDA

Silahlı hücum nəticəsində 2 polis həlak olub, 5 nəfər yaralanıb - YENİLƏNİB - TRABZONDA

19 İyul 2016 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Trabzon vilayətinin Maçka rayonu ərazilərində polislərə silahlı hücum nətricəsində 2 polis həlak olub.

Polis postunda çevik polis alayı əməkdaşlarının olduğu mikroavtobus naməlum şəxslər tərəfindən atəşə tutulub. Nəticədə 2 polis həlak olub, 4 polis və 1 mülki şəxs yaralanıb.

Bölgəyə çoxlu sayda polis və jandarma yeridilib.

***

10.53

Türkiyənin Trabzon vilayətinin Maçka rayonu ərazisində polis əməkdaşları atəşə tutulub.

Hadisə bu gün səhər yerli vaxtla saat 08.45-də baş verib. Yolda təhlükəsizliyi təmin edən polis əməkdaşlarına meşəlik ərazidən atəş açılıb. Nəticədə 4 polis və 1 mülki şəxs yaralanıb.

Hadisə yerinə əlavə qüvvə və ambulanslar göndərilib. Atəş açanları yaxalamaq üçün keçirilən əməliyyatda silahlı vətəndaşlar da iştirak edir. (apa)

Mediainfo.az