Naxçıvan Ali Məclisinin üçüncü sessiyası çağırılıb

Naxçıvan Ali Məclisinin üçüncü sessiyası çağırılıb

19 İyul 2016 00:32
260
Bəyəndim (0) Bəyənmədim (0)

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası çağırılıb.

Bununla bağlı haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qərar verib.

Naxçıvan Ali Məclisinin üçüncü sessiyası iyulun 22-də saat 11:00-da çağırılıb. Sessiyanın gündəliyinə 2016-cı ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2015-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi, " Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" qanunda dəyişiklik edilməsi daxil edilib.

Mediainfo.az