İranlı məhbus intihar edib  - ERMƏNİSTANDA

İranlı məhbus intihar edib - ERMƏNİSTANDA

19 İyul 2016 00:08
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda həbsdə saxlanılan iranlı məhbus intihar edib.

Bunu İranın Baş Müfəttişlik İdarəsinin sədri Naser Sirac deyib.

N.Sirac deyib ki, intihar edən şəxsin bu addımı atmasına səbəb Ermənistanda məhkəmə prosesinin 6 dəfə təxirə salınması olub: "Bir müddət öncə Ermənistana səfərimiz baş tutmuşdu. Səfər çərçivəsində Ermənistanın baş prokurorluğu və ombudsman aparatında müzakirələrimiz oldu. Həbsdə saxlanılan həmyerlilərimiz haqqında danışıqlar apardıq".

N.Sirac deyib ki, əcnəbi ölkələrdə saxlanılan şəxslərin əksəriyyəti bu ölkənin qayda-qanunlarını bilmədikləri üçün qanun pozuntusu edir və həbsə düşürlər. Onun sözlərinə görə, Ermənistanda saxlanılan 6 məhbusun İrana təhvil verilməsi haqqında razılıq əldə olunub. (apa)

Mediainfo.az