Nəsimi rayonunda Milli Mətbuatın 141 illiyi qeyd olundu

Nəsimi rayonunda Milli Mətbuatın 141 illiyi qeyd olundu

18 İyul 2016 15:20
269
Bəyəndim (0) Bəyənmədim (0)
KİV nümayəndələrinə hədiyyələr təqdim olunub

Milli Mətbuatın 141 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib.

Görüşü İcra Başçısı Asif Əsgərov giriş sözü ilə açıb. Jurnalistlərin peşə bayramını təbrik edən İcra Başçısı vurğulayıb ki, dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabi həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib:

"XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olub. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, qəzet və jurnalların şəbəkəsi genişlənib, jurnalistikanın çeşidli növləri meydana çıxıb".

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 141 illiyi ilə əlaqədar ölkə başçısının sərəncamına uyğun olaraq respublikanın bölgələrində keçirilən tədbirlər, rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər barədə məlumat verib.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, və başqaları dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının vacibliyini vurğulayıb.

Sonda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə hədiyyələr təqdim olunub.

Milli Mətbuatın 141 illiyi Nəsimidə qeyd olundu
Milli Mətbuatın 141 illiyi Nəsimidə qeyd olundu
Milli Mətbuatın 141 illiyi Nəsimidə qeyd olundu
Milli Mətbuatın 141 illiyi Nəsimidə qeyd olundu

Mediainfo.az