Sabah 43 dərəcə isti olacaq!

Sabah 43 dərəcə isti olacaq!

18 İyul 2016 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

İyulun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti az buludlu, yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediainfo.az-a verilən məlumata görə, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27 dərəcə, gündüz 34-39 dərəcə isti, Bakıda gecə 24-26 dərəcə, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 752 civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 30-40 % olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında yağmursuz hava şəraitinin olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27 dərəcə isti, gündüz 37-40 dərəcə, bəzi yerlərdə 43 dərəcə isti, dağlarda gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Mediainfo.az