Türkiyədə DİN sistemində 9 minə yaxın məmur işdən uzaqlaşdırılıb - YENİLƏNİB

Türkiyədə DİN sistemində 9 minə yaxın məmur işdən uzaqlaşdırılıb - YENİLƏNİB

18 İyul 2016 13:53
232
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Daxili İşlər Nazirliyi sistemindən uzaqlaşdırılan dövlət məmurlarının sayı açıqlanıb.

apa-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, Türkiyə DİN-dən bildiriblər ki, nazirlik sistemində ümumilikdə 8 min 777 məmur vəzifədən kənarlaşdırılıb. Onların arasında 1 vilayət valisi, mərkəzi aparatdakı 29 vali, 52 mülki müfəttiş, 16 hüquq müşaviri, 1 baş müdir, 2 idarə rəisi də var.

Bu şəxslərdən neçə nəfərinin həbs olunduğu açıqlanmayıb.

***

Saat 11.26

Türkiyənin hərbi və məhkəmə-hüquq sistemində "Fətullahçı Terror Təşkilatı"na mənsub olduğu iddia edilən şəxslərə qarşı əməliyyatlar davam edir.

apa-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, Türkiyə ərazisində yüksək rütbəlilər də daxil olmaqla, 7 min 850 polis vəzifələrindən uzaqlaşdırılıb. Ankaradan bütün vilayətlərə işdən çıxarılacaq şəxslərin siyahıları göndərilib.

Ötən gecə boyunca polis idarələrinə və bölmələrinə çağırılan həmin polislərin silahları və şəxsi sənədləri müsadirə edilib.

Mediainfo.az