İsti hava şəraiti ilə bağlı xəbərdarlıq edildi!

İsti hava şəraiti ilə bağlı xəbərdarlıq edildi!

18 İyul 2016 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda müşahidə ediləcək isti hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mediainfo.az-a verilən məlumata görə, iyulun 23-dək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-40 dərəcə , bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlıq da isə bildirilib ki, iyulun 19-da Bakıda və Abşeron yarımadasında anomal istihava şəraiti fonunda zəif küləklərin üstünlüyü və bəzi saatlarda havada yaranan durğunluq əksər əhali üçün çox əlverişsizdir. Uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

Mediainfo.az