Havanın temperaturu iqlim normasından yüksəkdir - BAKIDA

Havanın temperaturu iqlim normasından yüksəkdir - BAKIDA

18 İyul 2016 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırda Azərbaycan ərazisində müşahidə edilən hava temperaturu iqlim normasından bir qədər yüksəkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Mediainfo.az-a verilən məlumata görə, dünən Bakı və Abşeron yarımadasında iqlim normasından yüksək temperatur qeydə alınıb. Belə ki, iyulun 17-də paytaxtda havanın temperaturu iqlim normasından 2-3 dərəcə yüksək olub.

Ötən günlərdə müşahidə edilən iqlim normasından yüksək temperatur yaxın 2-3 gün ərzində də davam edəcək.

Qeyd olunub ki, temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal istilər müşahidə olunmayıb.

Mediainfo.az