Çevriliş generalı ABŞ-dan yardım istəyib

Çevriliş generalı ABŞ-dan yardım istəyib

18 İyul 2016 12:45
Bəyəndim (0) Bəyənmədim (0)

İncirlik Hərbi Hava Bazasının komandiri Bəkir Ərcan Vanın ABŞ-dan yardım istədiyi üzə çıxıb.

Bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb.

Xəbərdə hərbi çevrilişə cəhd ittihamı ilə tutulanlardan biri - general Bəkir Ərcan Vanın mühacirət üçün ABŞ-a müraciət etdiyi, lakin rədd cavabı aldığı yazılıb.

Qəzet sözügedən məlumatı ötürən şəxsin adını gizli saxlayıb.

Qeyd edək ki, hərbi çevrilişin təşkilatçılarından biri olaraq göstərilən briqada generalı Bəkir Ərcan dünən həbs olunub.

Mediainfo.az