Ermənistandakı polis bölməsində saxlanılan girovlar hələ də buraxılmayıb

Ermənistandakı polis bölməsində saxlanılan girovlar hələ də buraxılmayıb

18 İyul 2016 10:58
194
Bəyəndim (0) Bəyənmədim (0)

Polis bölməsinə edilmiş hücum fəsadları hələ də aradan qaldırılmayıb

"Danışıqlarda heç bir irəliləyiş olmayıb" bunu erməni mətbuatına verdiyi açıqlamada Erebuni polis bölməsinin binasını tutan silahlılardan biri Pavel Manukyan bildirib. O, girovların özlərini yaxşı hiss etdiklərini və xüsusi təyinantlıların hücumu zamanı belə onları sağ-salamat olması üçün əllərindən gələni edəcəklərini bildirib. ANS PRESS-in məlumatına görə, danışıqlarda polis rəhbərləri, hər hansı aqressiv addımlar atmamağa çağırıb. Manukyan buna razılaşdıqlarını və güc strukturlarının səhər saatlarına kimi girovların azad edilməsi ilə bağlı hər hansı əməliyyat keçirməməyə söz verdiklərini bildirib.

Bununla belə xüsusi təyinatlı polis bölmələri və hüquq mühafizə orqanları döyüş vəziyyətinə gətirilib.Ancaq hələ ki, əməliyyat barədə heç bir əmr verilməyib. Bunu Ermənistan polis rəisinin müavini Unan Poqosyan bildirib. Yerli jurnalislər Poqosyanın silahlıların içi polislə dolu binaya necə daxil olduğunu sual verib.

Poqosyan yaralıların xəstəxanalara yerləşdirildiyini və bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib. Hadisə yerində həlak olmuş polis polkovniki Artur Vanoyanın meyiti də artııq ərazidən çıxarılıb. Poqosyan eyni zamanda təsdiq edib ki, binaya daxil olanlar silahları içəridəki saxlancından götürməyib.Onlar əvvəldən silahlanıblar ki, bu da hücumun əvvəlcədən planladıırıldığını deməyə əsas verir.

Mediainfo.az