Ermənistanda da cevrilisə cəhd baş verdi! - YENİLƏNİB - VİDEO

Ermənistanda da cevrilisə cəhd baş verdi! - YENİLƏNİB - VİDEO

17 İyul 2016 12:55
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistan Polisinin Patrul-mühafizə polkuna hücum olub

İrəvanda silahlı qiyam başladıqlarını elan edən silahlı qrupun üzvlərindən Tatul Tamrazyan yaralanıb və xəstəxanaya yerləşdirilib.

Ermənistanın "Lragir.am" saytının verdiyi məlumata görə, hazırda Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasının ətrafındakı evlərin damlarına snayperlər yerləşdirilib.

Hər iki tərəfdən yaralılar var. İrəvan Polisinin rəis müavini Valeriy Osipyan və Ermənistan Polisinin rəis müavini qiyamçılarla danışıqlar aparılması üçün göndərilib. "Yeni Ermənistan" İctimai Xilas Fondunun silahlı üzvləri təşkilatın lideri və Təsis parlamentinin koordinatoru Jirayr Sefilyanın azad edilməsini və yalnız onun əmrlərini yerinə yetirəcəklərini bəyan ediblər.

***

saat 11.32

Ermənistan Milli Təhlükəsizlik Xidməti bu gün səhər İrəvanda Ermənistan Polisinin Patrul-mühafizə polkuna hücum olduğu və polkun ərazisində girovlar olduğu barədə məlumat yayıb.

"news.am" saytının verdiyi məlumata görə, hücum edənlər sosial şəbəkələr vasitəsi ilə qiyam qalxdığı barədə məlumat yayırlar.

Ermənistan Milli Təhlükəsizlik Xidməti əhalini bu məlumatlara inanmamağa çağırıb. Məlumatda silahlı şəxslərin silahları dinc yolla təhvil verməsi üçün danışıqlar aparıldığı bildirilib.

Qeyd edək ki, Erebunidəki Patrul-mühafizə polkuna hücum edənlər "Yeni Ermənistan" İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın tərəfdarlarıdır. Onlar J. Sefilyanın azad edilməsini, Ermənistan hakimiyyətinin istefa verməsini tələb edirlər.

***

saat 11.14

Bu gün bir qrup silahlı şəxs Ermənistanın paytaxtı İrəvan yaxınlığındakı Erebuni rayonunda polis idarəsini zəbt edib.

"RİA Novosti" agentliyinin verdiyi məlumata görə, silahlı şəxslər Qarabağ müharibəsinin iştirakçısı, "Yeni Ermənistan" İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.

J. Sefilyan qanunsuz silah əldə etməkdə və saxlamaqda ittiham olunur. Polis idarəsi ordu birlikləri tərəfindən mühasirəyə alınıb. (apa)

Mediainfo.az