SON DƏQİQƏ! Binəli Yıldırım: "Dünənki gecə millətimiz üçün qara bir ləkədir"

SON DƏQİQƏ! Binəli Yıldırım: "Dünənki gecə millətimiz üçün qara bir ləkədir"

16 İyul 2016 14:59
Bəyəndim (0) Bəyənmədim (0)
"Axşam xalqımızı meydanlarla bayraqlarla gözləyirik"

Mediainfo.az xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım gecə saatlarında hərbi çevrilişə cəhdlə bağlı Yıldırım Cankaya sarayında mətbuat konfransı keçirməkdədir. Jurnalistlərin suallarını ətraflı cavablandıran baş nazir xoşagəlməz olayda əli olan hər kəsin artıq həbs olunduğunu bəyan etdi:

- Sevgili vətəndaşlarım, əziz millətim. Dünənki gecə millətimiz üçün qara bir ləkədir. Həm bir utanc gecəsi yaşadıq, həm də demokratik bayramımızı qeyd etmiş olduq. Millətimizin bərabərlik nümayiş etdirdiyini gördük. Hadisədə sinəsini irəli verən hər kəsin alnından öpürəm! İşin birinci səhifəsi elə buradaca bitdi. Hadisə zamanı ümumilikdə 161 şəhid vermişik, 1140 yaralı, 2839 nəfər isə həbs olunub. Həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Fətullah Gülənin arxasında duran ölkə dostumuz deyil!

Jurnalistlərin əməyini xüsusi vurğulayıram. İndən belə də millətin bir olmasından ötrü üzərinizə böyük iş düşür.

Bu gün artıq birlikdə Türkiyə olma günüdür! Axşam xalqımızı meydanlarla bayraqlarla gözləyirik. Qəhrəmancasına vuruşanları ürəkdən təbrik edirəm. 15 iyul bayramımız mübarək! Hər kəsə təşəkkür edirəm.

Mediainfo.az