Beş briqada generalı həbs edildi - TÜRKİYƏDƏ

Beş briqada generalı həbs edildi - TÜRKİYƏDƏ

16 İyul 2016 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə hərbi çevriliş törətməkdə şübhəli bilinənlərin həbsi davam edir.

Şanlıurfadaki 20-ci Zirehli Briqada komandiri, briqada generalı Mətin Alpcan və Jandarma Məktəblər komandanı, briqada generalı Sadiq Koroğlu həbs edilib.

Hər iki general hərbi çevrilişə cəhddə ittiham olunur.

Bundan başqa Hərbi çevriliş cəhdi ilə əlaqədar Ərdəhan Qarnizon və 25-ci Hüdud Briqada Komandiri, briqada generalı Ərdəm Karqın həbs edilib.

Hərbi çevriliş törətməkdə şübhəli bilininən Bingöl 49-cu Komandanlığının briqada generalı Yunus Kotoman və Bolu 2-ci Komandanlığının briqada generalı İsmayıl Güneşer də həbs olunub. (axar)

Mediainfo.az