"Türkiyədə hərbi çevrilişə cəhd zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur” - SƏFİRLİK

"Türkiyədə hərbi çevrilişə cəhd zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur” - SƏFİRLİK

16 İyul 2016 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

"Mövcud məlumatlara əsasən, Türkiyədə hərbi çevrilişə cəhd zamanı ölən və ya xəsarət alan vətəndaşlar arasında Azərbaycan vətəndaşı yoxdur".

Bu barədə KİV-ə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.

Səfirlik Türkiyədəki Azərbaycan vətəndaşlarını daha diqqətli olmağa çağırıb: "Hazrıda yeganıə tövsiyəmiz ondan ibarətdir ki, vəziyyət tam stabilləşənədək vətəndaşlarımız ictimai yerlərdə daha diqqətli olsunlar".

Səfirliyin gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirdiyi qeyd edilib.

Mediainfo.az