"Ferrari"nin "üstsüz" gözəli

"Ferrari"nin "üstsüz" gözəli

25 Avqust 2011 13:49
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanın "Ferrari" avtomobil konserni "458 Italia Spider" adlı yeni modelini təqdim edib. Əvvəlki modellərlə müqayisədə daha güclü mühərriklə təchiz edilmiş bu modelin 14 saniyədə yığılan, sərnişin salonu ilə mühərrik yeri arasında olan alüminium tavanı var. Rodsterin aerodinamikası 200 km/saat sürəti təmin edir. Superkarın 4,5 litr həcmli 570 at gücündə V8 mühərriki və 7 pilləli sürət qutusu var. Avtomobil 100 km/saat sürəti 3,4 saniyədə əldə edir. Maşının maksimal sürəti 320 km/saatdır.
"Ferrari 458 Italia Spider" modelinin rəsmi təqdimat mərasimi sentyabrın 15-25-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək beynəlxalq avtoşouda olacaq.

Günel Həbib

O.M.