Məşhur türk aktyor Nitsa terrorunun şahidi oldu

Məşhur türk aktyor Nitsa terrorunun şahidi oldu

15 İyul 2016 15:22
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə yayımlanan "Kirəlik eşq" teleserialının aktyoru Onur Böyüktopçu Nitsada baş verən terror hücumu zamanı hadisə yerində olub.

Axar.az xəbər verir ki, aktyor meneceri ilə telefon danışığında hadisənin canlı şahidi olduğunu deyib.

Böyüktopçu "İnsanları güllələyirlər. Yanımızda ölürlər. Evə sığınacağıq, amma gedə bilmirik", - dedikdən sonra telefonu bağlayıb.

Uzun müddət telefonu qapalı qalan aktyor Tvitter hesabında bu axşam Türkiyəyə dönəcəyini deyib:

"Dostlar, narahat olmayın. Mən çox yaxşıyam. Hadisənin baş verdiyi yerin düz arxasında idik. Bu axşam İstanbula qayıdıram. Mesajlarınıza tək-tək cavab verə bilmirəm. Sevgilərlə".

Mediainfo.az