Avtomobili aşıran sürücünün atası öldü

Avtomobili aşıran sürücünün atası öldü

15 İyul 2016 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-dən verilən məlumata görə, hadisə iyulun 14-də saat 14 radələrində Qaradağ rayonunun Pirəkəşkül qəsəbəsində qeydə alınıb. Sumqayıt şəhər sakini Zaur Qarayev idarə etdiyi "Samand" markalı avtomobili aşırıb.

Z.Qarayevin sərnişini, atası Vahid hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Mediainfo.az