Bakının mərkəzində ağır qəza

Bakının mərkəzində ağır qəza

15 İyul 2016 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Ağır bədən xəsarətləri alan T.Bayramov hadisə yerində ölüb.

Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Rayon Polis İdarəsindən verilən məlumata görə, C.Hacıbəyli küçəsində Bakı şəhər sakini İsmayıl İsmayılov idarə etdiyi "Range Rover" markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Taxar Bayramovu vurub.

Ağır bədən xəsarətləri alan T.Bayramov hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Son sutka ərzində paytaxda daha iki yol qəzası baş verib. Binəqədi rayonunun Biləcəri qəsəbəsində Xırdalan şəhər sakini Zaur Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobil yol ayırıcısına çırpılıb. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Daha bir qəza isə Qaradağ rayonunun Pirəkəşkül qəsəbəsində qeydə alınıb. Sumqayıt şəhər sakini Zaur Qarayev idarə etdiyi "Samand" markalı avtomobili aşırıb. Z.Qarayevin sərnişini, atası Vahid hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Mediainfo.az