Parisdə dövlət bayraqları endiriləcək

Parisdə dövlət bayraqları endiriləcək

15 İyul 2016 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Fransa paytaxtı Parisdə Nitsada törədilmiş hadisə ilə əlaqədar olaraq dövlət bayraqları endiriləcək.

"Report" "Le Monde"yə istinadən xəbər verir ki, Paris meri Ann İdalqo paytaxtda bayraqların bu gün səhər aşağı salınacağını bildirib.

İdalqo faciənin bu və ya digər dərəcədə toxunduğu insanların acılarını bölüşdüyünü də vurğulayıb.

"Hələlik hücum edənin motivləri barədə danışmaq tezdir. Amma bu faciənin dərinliyi bizdə 13 noyabr terrorunun dəhşətli xatirələrini canlandırır", - deyə xanım şəhər başçısı qeyd edib.

Mediainfo.az