Azərbaycan jurnalistləri bir gün də gözləməli olacaqlar

Azərbaycan jurnalistləri bir gün də gözləməli olacaqlar

13 Aprel 2011 13:10
926
Bəyəndim (0) Bəyənmədim (0)
Müsabiqənin son mətni sabah elan ediləcək

Bu gün Ekologiya və Təbii sərvətlər Nazirliyində adıçəkilən nazirliklə KİVDF-nin birgə təşkil etdikləri tədbir baş tutdu. Bu saatlarda yekunlaşan toplantıda bir sıra məsələlər, o cümlədən ölkəmizdə ekoloji maarifləndirmənin kütləviləşdirilməsi yolunda jurnalistlərin və KİV-lərin rolunun artırılması mövzusu müzakirə edildi. Təqdim olunan fərdi jurnalist müsabiqəsinin layihəsi bənd-bənd təhlil edildi. Qərara alındı ki, yeni təkliflər gün ərzində fonda çatdırılsın və yekun layihə sabahadək hazırlansın.

Xatırladaq ki, artıq ənənə halını almış bu cür müsabiqələr jurnalistlərin maddi həvəsləndirilməsinə və jurnalist əməyinin qiymətləndirilməsinə yönəlib. İlkin məlumatlara görə, I; II və III yerləri tutacaq müəlliflər müvafiq olaraq 1000; 800 və 500 manat mükafatlandırılacaqlar. Həvəsləndirici mükafatın məbləği isə 300 manat təşkil edəcək.

Bu yarışmada qələmini sınayacaq hər bir kəsə, o cümlədən bizim əməkdaşlara uğurlar arzulayırıq. Qoy layiq olan qazansın. Layiq olmayan isə nə vaxtsa layiq olmağa layiq olsun.

Natiq Qocaman

O.M.