İlham Əliyev fransalı həmkarına başsağlığı verdi

İlham Əliyev fransalı həmkarına başsağlığı verdi

15 İyul 2016 11:26
195
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı verib:

"Nitsa şəhərində törədilmiş dəhşətli terror aktınəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

Biz bu qəddarlıq əməlindən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Bu ağır anlarda kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".

Mediainfo.az