5 aylıq uşağını da itirən gənc ana da öldü - AĞSUDA

5 aylıq uşağını da itirən gənc ana da öldü - AĞSUDA

15 İyul 2016 11:14
Bəyəndim (0) Bəyənmədim (0)

Ağsu rayonu Qaraqaşlı kənd sakini 1987-ci il təvəllüdlü Mirzəyeva Günel Əlipaşa qızının hamiləliyinin 22-ci həftəsində qəflətən halı pisləşib və onu təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə aparıblar. Ana bətnindəki 5 aylıq uşağın ölmüş olduğu məlum olub və süni yolla doğuş edərək uşağı götürüblər. Həkimlərin səyinə baxmayaraq ananın da həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən Günel Mirzəyeva 3 ildir ki, ailəli idi və ilk övladını dünyaya gətirəcəkdi. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az