Fransa kəşfiyyatı terrordan xəbərdar imiş

Fransa kəşfiyyatı terrordan xəbərdar imiş

15 İyul 2016 10:54
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın Daxili Təhlükəsizlik İdarəsinin rəisi Patrik Kalvar Nitsadakı terakta münasibət bildirib.

Kalvar bir müddət əvvəl nəqliyyat vasitələrinin istifadəsi ilə mümkün ola biləcək terror aktları barədə xəbərdarlıq edildiyini deyib. Onun sözlərinə görə, Fransa kəşfiyyatı İŞİD terrorçularının hücum taktikasını dəyişəcəyini bilirmiş:

"Onlar minalanmış avtomobillərdən və partlayıcı qurğulardan istifadə edəcəklər".

Qeyd edək ki, Nitsa şəhərində sürətlə hərəkət edən yük maşını bulvarda "Bastiliya qalasının alınması" bayramı münasibəti ilə atəşfəşanlığı seyr etməyə toplaşan insanların qələbəliyinə girib. Nəticədə 84 nəfər həlak olub, 120 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna olunmur. (axar)

Mediainfo.az