Leysan Respublikanı ağuşuna alacaq

Leysan Respublikanı ağuşuna alacaq

25 Avqust 2011 13:23
657
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda və Abşeron yarımadasında avqustun 26-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatında bildirilib.

Mülayim şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 18-21, gündüz 22-27 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, bəzi yerlərdə lokal leysan xarakterli intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 8-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Məlumatda bildirilir ki, yaxın üç gün ərzində Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü və sərin hava şəraitinin davam etməsi əksər meteohəssas insanlar üçün əlverişlidir.

Havanız daim Günəşli olsun...

Günel Həbib

O.M.