27 yaşlı gənc intihar edib

27 yaşlı gənc intihar edib

14 İyul 2016 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda intihar hadisəsi baş verib.

Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun M. Hadi küçəsi, ev 111, mənzil 77 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1989-cu il təvəllüdlü Anar Çərkəz oğlu Camalov çoxlu sayda dərman qəbul edərək özünə qəsd edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Mediainfo.az