Yevlaxda baş verən iki yol qəzasında 7 nəfər ağır yaralanıb

Yevlaxda baş verən iki yol qəzasında 7 nəfər ağır yaralanıb

25 Avqust 2011 13:11
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlax rayonunda 7 nəfərin xəsarəti ilə nəticələnən iki avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə hadisənin biri ötən gecə saat 23:00 radələrində Aran-Mingəçevir yolunun 9-cu kilometrliyində qeydə alınıb. Yevlax rayon sakini, 1993-cü il təvəllüdlü Tağıyev Rüstəm Mais oğlu yüksək sürətlə idarə etdiyi "66-BB-947" dövlət nömrə nişanlı "VAZ 2106" markalı minik maşınını yoldan çıxararaq aşırıb. Hadisə nəticəsində sürücü R. Tağıyev və sərnişinlər - 1979-cu il təvəllüdlü Bayramov Anar Tanrıqulu oğlu və 1994-cü il təvəllüdlü Hüseynov İlkin Ziyad oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Digər hadisə isə bu gün saat 02:30 radələrində Xaldan-Mingəçevir yolunun 6-cı kilometrliyində qeydə alınıb. Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Rəşidov Aqşin Nəsib oğlu "90-GS-987" dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobili içkili vəziyyətdə yüksək sürətlə idarə edərkən qarşıda gedən Şəki rayon sakini Əhmədov Seymur Nəsib oğluna məxsus "55-BF-526" dövlət nömrə nişanlı "QAZ 53" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində sürücü A. Rəşidov, sərnişinlər -1992-ci il təvəllüdlü Nəsibzadə Orxan Məhəmməd oğlu, 1986-cı il təvəllüdlü Əliyev Yaşar Qəhrəman oğlu və şəxsiyyəti hələlik müəyyənləşməyən təxminən 30 yaşlı bir qadın ağır bədən xəsarətləri ilə Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına yerləşdirilib. Koma vəziyyətində olan qadın xəstəxananın reanimasiya şöbəsindədir. Hər iki faktla bağlı Yevlax rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır.

Yollarda ehtiyatlı olmaq lazımdır. Əks halda bu yol başqa istiqamətə apara bilər.

Tofiq Əliyev

O.M.