Gürcüstandan civə keçirilməsinin qarşısı alınıb

Gürcüstandan civə keçirilməsinin qarşısı alınıb

14 İyul 2016 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunu piyada yolla keçən Gürcüstan vətəndaşının əl yükünə rentgen aparatı vasitəsilə baxış keçirilib və gömrük əməkdaşı çantada olan DVD pleyerin içərisində şübhəli qaraltılar müşahidə edib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə çantada olan yüklərə təkrar baxış keçirilib və yoxlama zamanı çantadakı DVD pleyerin içərisindən xalis çəkisi 100 qram olan civə aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az