"Zika" virusuna görə fövqəladə vəziyyət elan olunub - PERUDA

"Zika" virusuna görə fövqəladə vəziyyət elan olunub - PERUDA

14 İyul 2016 09:20
Bəyəndim (0) Bəyənmədim (0)

Perunun 11 regionunda "Zika" virusuna yoluxma halları ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.

Bu barədə ölkənin Səhiyyə nazirliyinin yaydığı açıqlamada bildirilir.

Məlumata əsasən, ölkədə 90 gün müddətinə fövqəladə sanitar vəziyyətin tətbiq edilməsi haqqında qərar qəbul edib. Ölkənin 25 regionundan 11-də xəstəliyin yayılmasının qarşısını almaq üçün müvafiq təxirəsalınmaz tədbirlər həyata keçiriləcək.

İndiyədək Peruda 102 nəfər "Zika" virusuna yoluxub.

Qeyd edək ki, xüsusilə, hamilə qadınlar üçün təhlükəli olan "Zika" virusu mikrosefaliya xəstəliyinin yaranmasına səbəb olur. Bu xəstəlik körpə uşaqlarda başın və beynin inkişafını əngəlləyərək ağır fiziki və əqli qüsurlar yaradır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 3-4 mln insanın "Zika" virusuna yoluxacağını proqnozlaşdırır. "Zika" virusu ilk dəfə 1947-ci ildə aşkar edilib. Virus "Aedes aegypti" növlü ağcaqanadlar tərəfindən yayılır. (RİA novosti)

Mediainfo.az