“Keyfiyyətsiz suya görə istehlakçılar da məsuliyyət daşıyır”

“Keyfiyyətsiz suya görə istehlakçılar da məsuliyyət daşıyır”

14 İyul 2016 08:35
Bəyəndim (0) Bəyənmədim (0)

Eyyub Hüseynov: "Su mənbələrinin vətəndaşlar tərəfindən çirkləndirilməsi vəziyyəti mürəkkəbləşdirir"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlamasında keyfiyyətsiz suya görə istehlakçıların məsuliyyət payına aydınlıq gətirib. Bəzi hallarda içməli su mənbələrinin məhz istehlakçılar tərəfindən çirkləndirildiyinə diqqət çəkən E.Hüseynov, bu cür halların problemin dərinləşməsinə səbəb olduğunu vurğuladı:

"Azərbaycanda keyfiyyətsiz suya görə məsuliyyət daşıyan tərəflərdən biri də məhz istehlakçılardır. Çünki aparılan araşdırmalar göstərir ki, bəzən su mənbələri, su hövzələri məhz vətəndaşların özləri tərəfindən çirkləndirilir. Vətəndaşların su mənbələrinə bu cür müdaxiləsi mövcud sahədə vəziyyəti mürəkkəbləşdirir, problemin dərinləşməsinə səbəb olur. Odur ki, keyfiyyətli su ilə təmin olunmaq üçün öncə su mənbələrinin qorunmasına diqqət yetirmək lazımdır. Vətəndaşlar özləri su hövzələrini çirkləndirməməli, onların təmiz saxlanılmasında maraqlı olmalıdır.

Hesab edirəm ki, bu problemin aradan qaldırılması üçün vətəndaşlar arasında maarifçilik təbliğatı genişləndirilməli, bu istiqamətdə ciddi addımlar atılmalıdır. Əgər insanlar arasında maarifləndirmə işləri artarsa, bu, problemin aradan qaldırılmasına öz müsbət töhfəsini verə bilər". (politika)

Mediainfo.az