YAP-çının müxalifətçi oğlundan ilginc açıqlama - “Nazirin sürücüsünün, bərbərinin sözü müəlliminin rəyindən ötədir”

YAP-çının müxalifətçi oğlundan ilginc açıqlama - “Nazirin sürücüsünün, bərbərinin sözü müəlliminin rəyindən ötədir”

13 İyul 2016 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda səlahiyyət sahibləri insanları heçə sayırlar, qeyri-ciddiyə alırlar, onların qarşısında heç bir məsuliyyət hissi daşımırlar, adamlara yuxarıdan-aşağı baxıb, təbəə kimi yanaşırlar. Misal üçün, nazirin yaxın əqrəbasını demirəm, sürücüsünün bərbərinin sözü orta və ya ali məktəbin müəlliminin rəyindən ötədir bu diyarda"
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Səfərovun oğlu, keçmiş müstəntiq Rüfət Səfərov deyib.

Rüfət Səfərov bildirib ki, ölkədə min cür oyundan çıxıb cəzasız qalmaq üçün nazir qohumu olmaq kifayətdir: "Azərbaycanda ictimai qaydanı kobud surətdə pozmaq, xuliqanlıq edib cəmiyyətə açıqca hörmətizlik göstərmək, soyuq və ya odlu silahın müşayiəti ilə şəhərin mərkəzində min oyundan çıxmaq, dədəsinin xalqdan oğurladığı milyardlara istinad edib fahişəsinə dəyəri milyonlarla ölçülən daşınar-daşınmaz əmlak almaq, auditoriyada professorun üzünə tüpürüb döymək və bu kimi hərəkətləri rahat surətdə icra etmək üçün, məsələn, nazir əqrəbası olmaq kifayət edir. Tam arxayındırlar ki, insanları nə qədər aşığılasalar da, nə qədər haqlarına girsələr də, nə qədər əzsələr də heç bir reaksiya ilə qarşılaşan deyillər. Tam arxayındırlar, tam, tam... Amma bu məqamda tarix və onun müxtəlif mərhələləri başqa söz deyir: fəlakətlər və faciələr arxayın mühitin barmaqla sayılası sonrakı günlərində baş verir..." (politika)

Mediainfo.az