Elşən Mustafaoğlunun məhkəməsi başladı

Elşən Mustafaoğlunun məhkəməsi başladı

12 İyul 2016 16:44
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.

Prosesdə qərara alınıb ki, məhkəmənin növbəti iclası iyulun 19-da keçirilsin.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

Xatırladaq ki, E.Mustafaoğlu 2006-2007-ci illərdə İctimai TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub.

İnarə Rafiqqızı