İran kosmosa bir raket dolu heyvan göndərir

İran kosmosa bir raket dolu heyvan göndərir

25 Avqust 2011 11:14
Bəyəndim (0) Bəyənmədim (0)
Bu, hələ başlanğıcdır...

İran sentyabr ayı ərzində müxtəlif canlıları kosmosa göndərəcəyini açıqladı. İranın Müdafiə naziri Əhməd Vahidi rəsmi xəbər agentliyi "İRNA"ya verdiyi açıqlamada önümüzdəki ay bir meymunla bərabər bəzi heyvanları da kosmosa göndərəcəklərini açıqladı. Canlıları "Kavoşger" adlı raketlə göyə göndərəcəklərini bildirən Vahidi bunun gələcəkdə kosmosa insan göndərmək üçün ilk addım olduğunu qeyd etdi. Onu da xatırladaq ki, qonşu ölkə içində bəzi kiçik canlıların olduğu "Kavoşger 3" adlı ilk raketi kosmosa 2010-cu ilin fevral ayının 3-də göndərmişdi.

İran, deyəsən, kosmosda zoopark yaratmaq istəyir.

Günel Həbib

O.M.