“Wikileaks" yenə yayımladı...

“Wikileaks" yenə yayımladı...

25 Avqust 2011 12:08
Bəyəndim (0) Bəyənmədim (0)
Uzun səssizlikdən sonra yeni sənədlər ortaya çıxdı

"Wikileaks" uzun səssizliyinin ardından dünən internet saytında Amerikanın Xarici İşlər Nazirliyinə aid olan 35 mindən artıq sənədi yayımladı. Sənədlərin arasında Türkiyə ilə bağlı 5.677 sənəd də yer alır. Xronoloji sıra ilə yayımlanan sənədlərin ilki 1986-cı il sentyabr ayının 8-nə aiddir. Saytda su üzünə çıxarılanlar arasında xüsusilə 2000-ci ilə aid olan çoxlu sayda sənəd var. Dünənki xəbərin ən yaxın tarixli olanı isə 2010-cu ilin fevral ayına aid olan teleqrafdır.

Ayrıca, Yəmən, Somali, Cənubi Afrika, Polşa, Bəhreyn, Suriya kimi ölkələrlə bağlı yüzlərlə sənəd işıq üzü görüb.

"Wikileaks" yenə də katalizatorluq edir.

Günel Həbib

O.M.