Astarada ev yanıb

Astarada ev yanıb

12 İyul 2016 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Astara şəhərində güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Astara Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, iyulun 12-də saat 12.00 radələrində şəhərin Nəriman Nərimanov küçəsində 1958-ci il təvəllüdlü Nənəbacı Ağadədə qızı Əbilovaya məxsus fərdi yaşayış evində yanğın başlayıb.

Hadisə yerinə dərhal FHN-nin Astara Rayon Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və üç yanğınsöndürən maşını cəlb olunub. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 110 kv.m olan birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq yarasız vəziyyətə düşüb.

İlkin versiya kimi yanğının elektrik naqillərində yaranmış qısaqapanmadan qaynaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az