İki "Kamaz" toqquşdu, birinin sürücüsü öldü - LÖKBATANDA

İki "Kamaz" toqquşdu, birinin sürücüsü öldü - LÖKBATANDA

12 İyul 2016 12:12
Bəyəndim (0) Bəyənmədim (0)

Lökbatan qəsəbəsində avtoqəza qeydə alınıb.

Belə ki, Salyan rayon sakini, 1980-ci il təvəllüdlü Telman Vaqif oğlu Mehdiyevin idarə etdiyi "KamAZ" markalı avtomobil Bərdə rayon sakini, 1965-ci il təvəllüdlü Səfər Əhməd oğlu Əhmədova məxsus "KamAZ" markalı avtomobillə toqquşub. Qəza nəticəsində T. Mehdiyev hadisə yerində ölüb, onun sərnişini, 1996-cı il təvəllüdlü Cahangir Bəhlul oğlu Əməkov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az