Şəhidin qəbir daşını düzəltdirməyi yubadan icra başçısı Tolikə açıqlandı

Şəhidin qəbir daşını düzəltdirməyi yubadan icra başçısı Tolikə açıqlandı

12 İyul 2016 11:31
Bəyəndim (0) Bəyənmədim (0)
"Qələt edib, başını daşa döyür"

Xaçmaz rayon Icra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev aprel döyüşlərində həlak olan şəhid Elvin Mirzəyevin qəbir daşının qoyulmasıyla bağlı xərcləri prodüser Tarix Əliyevin (Tolik) öz üzərinə götürmək istəməsi ilə bağlı xəbərə münasibət bildirib

İcra başçısı "Bizim Yol"a açıqlamasında şəhidlərin qəbir üstlərinin götürülməsi məsələsinin həll edildiyini bildirib: " Qəbirlərin düzəldiləməsi ilə bağlı Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparmalı idik. Ona görə də, bu məsələlər bir az yubanırdı. Qaldı ki, Tolik deyilən bir adamın bu məsələlərə qarışmağına, o belə şeylərlə özünü reklam etməsin. Ayıbdır, dövlət var, belə şeyləri həll eləməyə gücümüz çatır, sadəcə niyə bir az yubanıb izah etdim".

Daha sonra icra başçısı açıqlamasında Toliki tanımadığını bildirib: "Tolik qələt edib, başını daşa döyür. Mən özüm bu məsələni diqqətimdə saxlayıram. Bu gün hər şey həll olunacaq. Tolik bununla özünə reklam qazanmasın, ayıbdır. Əgər eləmək istəyirdisə bunu səssiz səmirsiz edərdi, daha reklam edə-edə yox. Çox iş adamları, xeyriyyəçilər var ki, şəhid ailələrinə yardım etmək istəyir. Amma heç kəs bunu Tolik formasında etmir".
İcra başçısı Toliki yıxıb sürüdü
İcra başçısı Toliki yıxıb sürüdü

Mediainfo.az